Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Differdanj"la qarşılaşacaq "Zirə"nin baş məşqçisi Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib.
Sportarena.az xəbər verir ki, bu il avrokuboklarda debüt edəcək "qartallar"ın baş məşqçisi klubun rəsmi "facebook" səhifəsinə açıqlamasında rəqibin təmsil etdiyi Lüksemburqun 2 ən güclü klubundan biri olduğunu deyib:
"Differdanj" ölkəsinin ən güclü 2 klubundan biridi. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdü. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".