“Samtredia”nın baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ”la bağlı fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın çox güclü olduğunu deyib:
“Deyə bilmərəm ki, püşk ürəyimizcə oldu. “Qarabağ” çox güclü komandadı. Bəxtimizin gətirdiyini deyə bilmərəm. Amma daha güclü rəqiblə də düşə bilərdik. “Qarabağ”la oyunlardan əvvəl heyətimizi gücləndirməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyunlar iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.