Ramil Şeydayevin dostu: "O, Azərbaycan millisində oynamaqdan zövq alır" - AÇIQLAMA

12:31 20 İyun 2017

“Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır".

 

Sportarena.az xəbər verir ki, bu sözlər Danimarkanın “Orxus” klubunda çıxış edən Camaldin Hocaniyazova məxsusdur. Rusiya mətbuatına danışan müdafiəçi dostu olan Ramilin seçimində peşman olmadığını vurğulayıb:

 

"Ramil Azərbaycan millisində hər oyun əsas heyətdə çıxır və yüksək səviyyədə də oynayır. Şeydayev Azərbaycan millisini seçməsinə görə peşman deyil”.

 
Qeyd edək ki, 21 yaşlı rusiyalı futbolçu da Ramil kimi "Zenit"in yetirməsidir.


Digər xəbərlər

Xəbər xətti