İngiltərənin "Çelsi" klubu baş məşqçisi Antonio Konte ilə müqavilənin müddətini uzadır.
Sportarena.az "Sky İtalia"ya istinadla xəbər verir ki, artıq tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. Məlumatda bildirilir ki, italiyalı mütəxəssislə müqavilə 2024-cü ilə qədər uzadılacaq. Konte yeni müqaviləyə görə illik 12 milyon avro maaş qazanacaq. Bu məvacib rekord olacaq. Belə ki, London klubunda heç bir baş məşqçinin illik qazancı 12 milyon avro olmayıb.
Qeyd edək ki, Konte Premyer Liqada debüt mövsümündə "Çelsi"yə Premyer Liqa çempionluğunu qazandırıb. Lakin son günlərdə onun rəhbərliklə fikir ayrılığı yaşadığı və komandadan gedəcəyi iddia olunurdu.