Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Paytaxt klubu Georgi Hacının çalışdırdığı Vitorul”la qarşılaşıb. Oyun son Rumıniya çempionunun qələbəsi ilə başa çatıb - 2:1. "Zirə"nin yeganə qolunu yeni transfer Orxan Əliyev vurub.
Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirən “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.