Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ”nin kapitanı Cavid Hüseynov zədələnib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı xəsarət alıb. Onun durumu ciddi olmasa da, bir həftəlik istirahətə ehtiyacı var.
29 yaşlı yarımmüdafiəçi Bakıya qayıdacaq. Bir həftədən sonra isə yenidən komandaya qoşulacaq.