UEFA "Leypsiq" və"Zalsburq"la bağlı qərarını açıqladı - ÇL-də oynayacaqlar?

12:19 21 İyun 2017

UEFA "Red Bull" firmasının sahibi və sponsoru olduğu Almaniyanın "Leypsiq" və Avstriyanın "Zalsburq" klublarının 2017/18 mövsümündə Çempionlar Liqasında oynamasına razılıq verib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın qaydalarına görə, sahibi və ya sponsoru eyni olan klubların qitənin ali futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verilmir. Lakin UEFA-nın müvafiq orqanları tərəfindən aparılan araşdırmalardan sonra bu iki klubun bir-biri ilə hansısa bağlılığının olmadığı aşkarlanıb. Bu üzdən də hər iki klubun ÇL-də oynamasına razılıq verilib.

 

Qeyd edək ki, "Leypsiq" ÇL-in yeni mövsümünə birbaşa qrup mərhələsindən başlayacaqsa, "Zalsburq" 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti