"Sumqayıt" 2017/2018 futbol mövsümü üçün hazırlığa start verir.
Sportarena.az xəbər verir ki, “kimyaçılar” iyulun 22-də Sumqayıt şəhər stadionunda saat 18:00-da ilk məşqinə çıxacaq.
Hazırlığın birinci mərhələsində komanda iki yoxlama oyunu keçirəcək. Plana əsasən, "Sumqayıt" iyulun 2-də və 8-də "Səbail"lə üz-üzə gələcək.