Argentina çempionatının qalibi bəlli olub.
Sportarena.az xəbər verir ki, “Boka Xuniors” çempionatın başa çatmasına bir tur qalmış çempionluğu təmin edib. 2-ci pillədə qərarlaşan “Banfild”in “San-Lorenso”ya məğlub olmasından (0:1) sonra çempionluq rəsmiləşib.
Bu, “Boka”nın tarixi ərzində 32-ci çempionluğudu. 36 dəfə Argentina çempionu olmuş “River Pleyt” bu dəfə 3-cü yerlə kifayətlənməli olub.