Menez rəsmən "Antalyaspor"da

20:27 21 İyun 2017

"Antalyaspor" heyətini gücləndirməkdə davam edir.

 

Sportarena.az xəbər verir ki, Superliqa təmsilçisi bir müddət əvvəl anlaşdığı Fransa millisinin sabiq futbolçusu Jeremi Menezi ictimaiyyətə təqdim edib. 30 yaşlı havbeklə 3 illik müqavilə imzalanıb. Tibbi müayinədən keçən Menez daha sonra məbtuat konfransında iştirak edib.

 

"Hava limanında azarkeşlər tərəfindən çox isti qarşılandım. Çempionatda yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm. Məqsədim gözəl oyun göstərmək və "Antalyaspor" azarkeşlərlərini razı salmaqdır. Eto`onun burda olduğunu bilməyim transferə müsbət təsirini göstərdi. 15 gün öncə bura gəlmişdim. Hər şey məni qane etdi və qərarımı verdim" .

Menez karyerası ərzində "Milan", PSG, "Roma" klubunun şərəfini qoruyub. Onun son klubu "Bordeaux" olub. Fransa millisində 24 oyuna çıxan futbolçu 2 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti