Sabiq "Neftçi"li serblərə "İnter"dən danışdı - AÇIQLAMA

21:10 21 İyun 2017

"İnter" yaxşı komandadı. Ancaq bildiyimə görə komandada son vəziyyət ürəkaçan deyil. Çünki klub sponsorunu itirib".

 

Sportarena.az xəbər verir ki, bu sözləri ötən mövsümü "Neftçi"nin heyətində keçirən serbiyalı qapıçı Boban Baykoviç deyib. Ölkəsinin mətbuatına müsahibə verən "çərçivə qoruyucusu" "Mladost" klubunun Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Bakı "İnter"i haqda danışıb. Baykoviçin fikrincə, Luçani təmsilçisi "İnter"i üstələyə bilər:

 

"İnter" sponsorunu itirib. Bundan başqa, ötən mövsüm heyətdə mübarizə aparan 2-3 təcrübəli futbolçu komandanı tərk edib və onlar heyətlərini gücləndirməyiblər. Məncə, "Mladost" üçün "İnter" səddini keçmək çətin olmamalıdı. Düşünürəm ki, püşk komandamızın üzünə gülüb". 

 

Baykoviç "İnter"in yaxşı infrastruktura malik olduğunu da xatırladıb:

 

"İnter"in yaxşı stadionu var. Təəssüf ki, meydan süni örtüklüdü. Azarkeşlərə gəlincə, "Mladost" Bakıda ciddi azarkeş təzyiqi ilə üzləşməyəcək. Çünki "İnter"in ev oyunlarına az azarkeş gəlir".


Digər xəbərlər

Xəbər xətti