Dünən İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” əvvəlki turlardan təxirə salınan matçda “Kista”nı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənəliyev bu matçda komandasının yeganə qolunun müəllifi olub.
9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.