"Onun rəhbərliyi altında oynamaq hər futbolçu üçün xoş idi" - Nazarov - AÇIQLAMA

15:38 22 İyun 2017

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Ersgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı oyunçu komandanın baş məşqçisi Domeniko Todeskonun vəzifəsindən ayrılaraq Bundesliqa nəhəngi "Şalke"nin "sükanı arxası"na keçməsi haqda danışıb. Nazarov Todeskonun rəhbərliyi altında oynamağın xoş olduğunu söyləyib:

 

"O, çox düzgün və məlumatı geniş olan məşqçidi. Bəzən hətta məni təəccübləndirirdi. Onun rəhbərliyi altında daha yaxşı çıxış etdim və komandam üçün faydalı oldum. Todeskonun gəlişindən sonra biz ancaq hücum futbolu nümayiş etdirdik və 2-ci Bundesliqada yerimizi qoruduq. Onun rəhbərliyi altında oynamaq hər futbolçu üçün xoş idi".

 

Qeyd edək ki, 31 yaşlı mütəxəssis mövsümün gedişində Aue klubuna rəhbərlik etməyə başlamışdı və komandanı 2-ci Bundesliqada saxlamağa müvəffəq olmuşdu. İtaliyalı çalışdırıcı ötən günlərdə "Şalke" ilə müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti