"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin yeni klubu müəyyənləşmək üzrədir.
Sportarena.az "Ajansspor"a istinadən xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Türkiyə birinci divizion təmsilçisi "Adanaspor"la razılığa gəlib.
Qeyd edək ki, "Adanaspor"da Muaremin "Qarabağ"dan keçmiş komanda yoldaşı Reynaldo Silva da çıxış edir.