FİFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin bir oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Ağayev "Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya) oyununun baş hakimi olacaq.
Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.