Sabiq "Xəzər Lənkəran"lı "Alanyaspor"da

11:28 24 İyun 2017

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbillanın yeni klubunun adına aydınlıq gəlib. 

 
Sportarena.az xəbər verir ki, son olaraq "Antalyaspor"da çıxış edən futbolçu "Alanyaspor" klubu ilə anlaşıb. Kamerunlu hücumçu Alanya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

 
Qeyd edək ki, son klubu "Antalyaspor" olan Mbilla 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib. 

 

Əlavə edək ki, Türkiyədə mövsüm başa çatdıqdan dərhal sonra Mbilla meneceri vasitəsilə "Latsio"ya təklif edilmişdi.


Digər xəbərlər

Xəbər xətti