Bu gün Konfederasiyalar Kubokunun A qrupunda oyunlara yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, günün əsas maraq doğuran oyunu Meksika və Rusiya arasında olacaq. İki oyundan sonra hesabında 4 xal olan Meksika millisinə qrupdan çıxmaq üçün ruslarla oyunda heç-heçə də sərf edir. Şimal qonşularımız isə doğma meydanda keçirilən yarışı qrup mərhələsində başa vurmamaq üçün mərkəzi amerikalıları məğlub etməlidi.
Günün digər matçında ilk iki oyununu məğlubiyyətlə başa vuran və qrup mərhələsini adlamaq şansı qalmayan Yeni Zelandiya 4 xala malik Portuqaliya ilə üz-üzə gələcək.
Konfederasiyalar Kuboku, 3-cü tur
24 iyun
A qrupu
19:00 Yeni Zelandiya - Portuqaliya 0:4
19:00 Rusiya - Meksika 1:2