5 pilot Bakı trasında qəza törətdi - FOTOLAR

17:28 24 İyun 2017

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində 5 qəza olub. 
 

Sportarena.az xəbər verir ki, “Prema Racing”in pilotu Antonio Fuoko əvvəlcə bolidini rəqibin maşınına vurub, daha sonra təhlükəsizlik baryerinə çırpılıb. Qəza nəticəsində italiyalı pilot mübarizəni yarımçıq dayandırmalı olub. Fuokonun bolidi kran vasitəsilə trassdan götürülüb. 


“Rapax” komandasının üzvü Coni Sekotto də bolidini səddə çırpıb və yarışı tərk edib. Bundan əlavə üç bolidin iştirakı ilə növbəti qəza olub. Qəza 8-ci döngədə - Qız Qalası ərasində baş verib. Pertamina Arden komandasının pilotu Şon Gelaelın idarə etdiyi bolid divara çırpılıb. Qıza nəticəsində arxadan gələn digər pilotlarda onunla toqquşaraq hərəkəti dayandırıblar. 

Bolidləri yenidən trasa qaytarmaq üçün əraziyə marşallar cəlb olunub.
 
 
 


Digər xəbərlər

Xəbər xətti