FİFA Rusiya milli komandası barədə araşdırmaya başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb, Dünyanın ali futbol qurumu DÇ-2014-ün final və seçmə mərhələsində iştirak edən 34 oyunçunun hamısını şübhə altına alıb.
Həmkarlarımız futbol tarixində misli görünməmiş bir hadisənin baş verdiyini, FİFA-nın əlində müəyyən sübutlar olduğunu bildiriblər. Rusiya millisinə qarşı nə kimi qərar çıxarılacağı bilinmir. Amma dopinqlə bağlı araşdırma getdiyi qeyd edilib.
Xatırladaq ki. Rusiya DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparıb.