Millimizin hücumçusu "Göztəpə"də?

20:25 25 İyun 2017

Türkiyənin "Bursaspor" klubunun transferə çıxardığı Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz karyerasını Super Liqaya yenicə vəsiqə qazanan "Göztəpə"də davam etdirməyə yaxındı.

 

Sportarena.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızılar"ın yeni baş məşqçisi Tamer Tunanın istəyi ilə, klub rəhbərliyi bu transfer üzərində çalışır. Tərəflər arasındakı danışıqların uğurlu alındığı qeyd olunur. İzmir təmsilçisi iyulun 3-də yeni mövsümün hazırlığına başlayanadək Yılmaz da daxil olmaqla ən azı 5 yeni oyunçunun keçidini həll etməyi hədəfləyib.

 

Qeyd edək ki, Dəniz Almaniyada "SSV Ulm", "Bavariya", "Paderborn" və "Mayns" klublarının şərəfini qoruduqdan sonra 2013/14 mövsümündə Türkiyəyə üz tutub. Həmin mövsüm "Elazığspor"dakı uğurlu çıxışının ardından "Trabzonspor"a keçən millimizin forvardı 2015/16 mövsümünün ortasında "Bursaspor"a transfer olunub. O, Bursa klubunda 32 çempionat oyununda 10 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti