"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, London təmsilçisi "Yuventus"un müdafiəçisi Aleks Sandroya "elçi düşüb". "Zadəganlar" Baraziliya millisinin üzvünü transfer etəmk üçün turinlilərə 68 milyon avroluq təkliflə müraciət edib.
"Yuventus"la 2022-ci ilədək müqaviləsi olan 26 yaşlı müdafiəçi ilinə 4,5 milyon avro maaş alır. "Çelsi"nin təklif etdiyi məvacib isə bundan çoxdur. İtaliya nəhənginin "Çelsi"nin təklifini qəbul edəcəyi gözlənilir.
Bu transfer gerçəkləşərsə klub tarixinin rekord göstərici olacaq "Çelsi"nin indiyə kimi ən bahalı transferi isə 60 milyon avroya "Liverpul"dan cəlb edilən Fernando Torrsedir.