"Fiorentina" satışa çıxarıldı - RƏSMİ

00:27 27 İyun 2017

İtaliyanın "Fiorentina" klubu satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, klubun sahibi olan Andrea və Dieqo Della Valle qardaşları Florensiya təmsilçisini satışa çıxardıqlarını bəyan ediblər. Klubun saytında yayılan məlumatda bildirilir ki, camiədə yaşanan narahatlıq və azarkeşlərin təzyiqi səbəbi ilə "Fiorentina" satışa çıxarılıb. Della Valle ailəsi ciddi və camiənin yaxşılığını istəyən təkliflərin sahibləri ilə görüşmyə hazır olduqlarını bəyan edib:

 

Qeyd edək ki, Della Valle qardaşları "Fiorentina"ya 2002-ci ildən sahiblik edir. İtaliya mətbuatının yaydığı məlumata görə, sözügedən ailə indiyə qədər kluba 220 milyon avrodan çox sərmayə yatırıb.


Digər xəbərlər

Xəbər xətti