"Barselona”nın yarımmüdafiəçisi Arda Turan Yunanıstanın Mikonos adasında istirahət edir.
Sportarena.az xəbər verir ki, yenidən barışdığı sevgilisi Aslıhan Doğanla mövsümün yorğunluğunu çıxarmağa çalışan türk futbolçu paparatsilərin kamerasına yaxalanıb.
Mikonosdakı otellərin birində məskunlaşan 30 yaşlı futbolçu musiqi sədaları altında rəqs edərkən sevgilisi ilə öpüşməsi kameraların obyektlərindən yayınmayıb.