Almeyda Bakıya gələ bilmədi - Zədəyə görə

13:19 28 İyun 2017

Avropla Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Differdanj” Bakıya gəlir.

 

Sportarena.az xəbər ver, komanda dünən gecə paytaxtımıza təşrif buyurub. “Cırtdan ölkə” təmsilçisi ölkəmizə heyətdəki itkilərlə gəlib. Belə ki, ötən mövsümdən qalan qırmızı vərəqə cəzası olan Tom Sibanelera və zədəli Qonçalo Almeyda “Zirə” ilə matçda meydana çıxa bilməyəcək. Rəqib Pedro Ribeyronun xidmətindən də məhrumdur. Futbolçu hələ hazır vəziyyətdə deyil.

 

Maraqlıdır ki, “Differdanj”ın 3 futbolçusu – Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri Bakıya gələ bilmək üçün əsl iş yerlərindən çətinliklə icazə ala biliblər. Hətta Bastos oyun gününə qarşılıq şənbə günü işə çıxmağı da qəbul edib. (Apasport)

 

Qeyd edək ki, “Zirə” – “Differdanj” matçı iyunun 29-da saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti