"Çelsi"nin və İngiltərə millisinin sabia futbolçusu Frenk Lempard məşqçilik karyerasına başlaya bilər.
Sportarena.az xəbər verir ki, 39 yaşlı ingilisin "Oksford Yunayted"in sükanı arxasına keçmək ehtimalı var. İngiltərənin birinci liqasında çıxış edən klubun rəhbərliyi bir neçə mütəxəsislə danışıqlar aparır ki, onlar arasında Lempardın da adı var.
Qeyd edək ki, karyerası ərzində "Vest Hem", "Çelsi", "Mançester Siti" və "Nyu York Siti"nin şərəfini qorumuş futbolçu cari ilin fevralında karyerasını başa vurmuşdu.