Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə qarşılaşacaq Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqa oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Əvvəlcədən nə isə demək düzgün olmazdı. Sabahkı oyundan sonra konkret nə isə demək olar.
- Rəqibi təhlil etmisiz?
- Bundan öncə Azərbaycana gəlmişdik. “Dudelanj”ın baş məşqçisi olanda “Qarabağ”la qarşılaşmışdıq. Rəqibin hansı taktikadan istifadə edəcəyini təxmin edirik.
- 3 futbolçunuzun işlə bağlı problemi var idi. Bu, bizim ölkədə maraqla qarşılandı. Demək olar ki, “Differdanj” yarımhəvəskar komandadı?
- Bir oyunçumuz gəlməyib.
- Əsas heyət oyunçunuzdu. Bu, problem yaratmayacaq ki?
- Yox, bu, heç bir problem yaratmayacaq.
- Hava istidi. Bu, sizin komandaya əlavə çətinlik yaratmayacaq ki?
- Xeyr, biz bu cür havada oynamağa öyrəşmişik.