Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Lüksemburqun “Differdanj” klubunun prezidenti Fabritsio Bey oyundan öncə fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, klub prezidenti Bakıya qələbə üçün gəldiklərini deyib:
"Təbii ki, bura qələbə üçün gəlmişik. Mümkün olduğu qədər irəliləmək istəyirik".
O, klubunun büdcəsini öyrənmək istəyən həmkarımızın sualını səmimi və qısa şəkildə cavablandırıb:
"Büdcəmiz? Büdcəmiz 1 milyon 300 min avrodur".