İsveç çempionatının 4-cü liqasında növbəti turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, həmyerlimiz Orxan Həsənəliyevin şərəfini qoruduğu “Hesselbi” səfərdə “Olimpiakos”la qarşılaşıb. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənəliyev bu matça da start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk qolunun müəllifi də Orxan olub. O, 29-cu dəqiqədə darmadağının əsasını qoyub.
Qeyd edək ki, 9 nömrəli forma altında çıxış edən hücumçu bununla da cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.