Serbiyanın “Napredak” klubu əzəli rəqibləri olan “Mladost”u ələ salıb.
Sportarena.az xəbər verir ki, “İnter”ə 0:3 hesablı məğlubiyyətə görə “Mladost”a klubun "Facebook" səhifəsində təbrik yerləşdirilib. Bu qeyri-adi təbrikdə deyilir:
“Nəhəng “Mladost”u Avropa Liqasında “İnter”ə 0:3 hesablı məğlubiyyətə görə təbrik edirik. Çünki 0:3 0:4 hesablı məğlubiyyətdən yaxşıdır. Dünənki oyun bir daha göstərdi ki, Azərbaycan futbolu heç kim üçün xoş deyil”.