Türkiyənin "Qalatasaray" klubu növbəti transferlərini həyata keçirib.
Sportarena.az xəbər verir ki, ötən gün fransalı hücumçu Bafetimbi Qomislə münasibətlərini rəsmiləşdirən "sarı-qırmızılar" bu gün Ukrayna "Dinamo"sundan alınan Yunes Belanda və Braziliyanın "San Paulo" klubundan transfer etdikləri Maykon Pereyra Roke ilə 4 illik müqavilə bağlayıblar.