Polşada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.
Sportarena.az xəbər verir ki, həlledici görüşdə İspaniya ilə qarşılaşan Almaniya millisi 1:0 hesablı qələbə qazanaraq qızıl medallara sahib olub. Oyunda yeganə qolu matçın 40-cı dəqiqəsində Mitçel Vayzer vurub.
Bu, Almaniyanın U-21 yığma səviyyəsində ikinci Avropa çempionluğudur. Komanda bu titulu ilk dəfə 2009-cu ildə qazanmışdı.