Ordunun yaranmasının 100-cü ilində Premyer Liqaya vəsiqəni I divizionda qalib olaraq qazanmağı hədəfləyən MOİK-in futbol komandası heyəti gücləndirmək yolunda növbəti addımı atıb.
Sportarena.az xəbər verir ki, "hərbçilər" son mövsümü "Şəmkir"də keçirmiş Cəmil Hacıyevi sıralarına qatıb. Avqustda 23 yaşı tamam olacaq müdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Hacıyev Premyer Liqada oyun (2014/15 və 2015/16 mövsümlərində "Sumqayıt"da) təcrübəsinə malik olmaqla yanaşı, U-21 millimizin də şərəfini qoruyub. O, 2015-ci ildə 3 dəfə milli formanı geyib.