"Qarabağ" Polşa millisinin üzvünü transfer edir

21:09 1 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" transfer axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Polşanın "Legiya" klubunun kapitanı Yakub Rzejniçakı transfer hədəfinə alıb. Bu barədə Polşa mətbuatı xəbər yayıb. "Qarabağ" 30 yaşlı müdafiəçinin keçidi üçün Varşava klubuna təklif göndərib. İddiaya görə tərəflər razılığa gəliblər.

 

Məlumata görə, futbolçu artıq ölkəsini tərk edib və "Qarabağ"ın Avstriyadakı düşərgəsinə yollanıb. Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

 

Qeyd edək ki , Rzejniçak 2004-cü ildən "Legiya"da çıxış edir. Mərkəz müdafiəçisi Polşa millisində 8 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti