Türkiyəli futbolçu rəsmən "Borussiya"da

10:36 2 İyul 2017

Futbol üzrə Türkiyə yığmasının mərkəz müdafiəçisi Ömer Toprak Almaniyanın "Borussiya" (Dortmund) klubuna transfer olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, Dortmund təmsilçisi ilə hələ geridə qalan mövsümün ortalarında 12 milyon avroya anlaşmışdı. Mövsüm bitdiyi üçün o, yeni klubu ilə rəsmi müqavilə imzalayıb. Ömər 2021-ci ilə qədər "Borussiya"nın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Almaniyanın digər təmsilçisi "Bayer" olub. O, 2011-ci ildən şərəfini qoruduğu Leverkuzen təmsilçisində 154 oyun keçirib, 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti