Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku başa çatıb.
Sportarena.az xəbər verir ki, Konfederasiyalar Kubokunda həm üçüncü yerin sahibi, həm də çempionun adı məlum olub. Əvvəlcə üçüncü yer uğrunda oyunda Portuqaliya və Meksika qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən portuqaliyalılar qalib ayrılıb.
Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gətirən oyunda isə Almaniya ilə Çili üz-üzə gəlib. Bu matçda qapılara 1 qol vurulub. Sevinənən tərəf isə son dünya çempionu bundestim olub.
Konfederasiyalar Kuboku
2 iyul
3-cü yer uğrunda oyun
Portuqaliya - Meksika 2:1
Qollar: Pepe, 90+3. Adrian Silva, 105-p - Neto, 54-a/q.
Final oyunu
Çili - Almaniya 0:1
Qol: Stindl, 20