Putin final matçına getməyəcək

18:39 2 İyul 2017

Bu gün Konfederasiyalar Kubokunun finalında Almaniya və Çili milliləri qarşılaşacaq.
 
Sportarena.az xəbər verir ki, Sankt-Peterburqda baş tutacaq matçı Rusiya prezidenti Vladimir Putin stadiondan izləməyəcək. Bu barədə məlumatı ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov verib. 
 
Qeyd edək ki, turnir zamanı Vladimir Putin sadəcə bir oyunu - iyunun 17-də Konfederasiyalar Kubokunun açılış mərasimində Rusiya millisi ilə Yeni Zelandiya yığması arasında keçirilən matçı canlı izləyib. 


Digər xəbərlər

Xəbər xətti