"Arsenal" transfer tarixinin rekordlarını alt-üst etmək niyyətindədi.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu Kilian Mbappe üçün rekord məbləğdə təklif göndərməyə hazırlaşır. İddialara görə, "Arsenal" 19 yaşlı ulduz üçün "Monako"ya 145 milyon avro təklif edəcək.
Bildirilir ki, Arsen Venger "Monako" ilə yanaşı, Mbappenin atası ilə danışıqlara başlayıb. O, futbolçunun atası ilə görüşərək oğlunun İngiltərədə daha yaxşı inkişaf edəcəyinə və böyük uğurlar qazana biləcəyinə inandırmağa çalışıb.
Qeyd edək ki, hazırda transfer rekordu Paul Poqbaya məxsusdu. O, ötən il "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.