Prosineçki: "Türkiyəyə qorxaq kimi qaçmaq istəmədim" - AÇIQLAMA

11:20 3 İyul 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis müsahibədə "Bursaspor"a keçidinin alınmamasının səbəbini açıqlayıb:

 

"Azərbaycan millisi mənim dönəmimdə sıçrayış etdi. Mən işimi vicdanla görürəm. Ona görə də, Türkiyəyə qorxaq kimi qaçmaq istəmədim. Dekabr ayına qədər Azərbaycan milli komandasında qalacam".

 

Qeyd edək ki, 48 yaşlı çalışdırıcı 2014-cü ildən millimizin "sükanı arxası"ndadı. Onun yığmamızla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti