Con Terri Çempionşip klubunda

16:23 3 İyul 2017

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri karyerasını Çempionşipdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı müdafiəçi “Aston Villa” ilə bir illik müqavilə bağlayıb. Onun yeni klubunda illik qazancının 3 milyon funt-sterlinq olacağı deyilir.


Terri “Çelsi”ylə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə kubokunun qalibi olub. O, 2012-ci ildə “zadəganlar”ın heyətində Çempionlar Liqasını qazanıb.


Digər xəbərlər

Xəbər xətti