AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
İyulun 2-də Azərbaycan Həvəskarlar birinciliyinin “Bakı” – “Binə” matçında “Bakı”nın futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
İyulun 2-də Azərbaycan Həvəskarlar birinciliyinin “Kürsəngi” – “Şıxlar” matçının 88-ci dəqiqəsində “Kürsəngi”nin futbolçusu Vüqar Allahyarlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
İyunun 25-də Azərbaycan Həvəskarlar birinciliyinin “Liman Bakı” – “Uğur Sumqayıt” matçınında “Liman Bakı” təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.