"Everton"dan "Sivasspor"a

12:10 5 İyul 2017

Türkiyənin "Sivasspor" klubu heyətinə yeni hücumçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Everton" klubundan Aruna Koneni alıb. Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Fil Dişi Sahilindən olan forvard karyerası ərzində "Lyers", "Roda", PSV, "Sevilya", "Hannover", "Levante" və "Viqan"da da çıxış edib. O, ölkəsinin yığmasında 39 oyuna 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti