Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. 2015-ci il aprelin 24-də fəaliyyətə başlayan və Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.