"Portu" klubu İker Kasilyasla müqaviləni artırıb.
Sportarena.az xəbər verir ki, 36 yaşlı qapıçı daha 1 il Portuqaliya təmsilçisində çıxış edəcək. İspaniya millisinin sabiq qapıçısı bu barədə şəxsi tivitter hesabında paylaşım edib. Daha əvvəl təcrübəli qolkiperin “Liverpul”a keçəcəyi iddia edilirdi.
Qeyd edək ki, Kasilyas 2015-ci ildə "Real"dan "Portu"ya keçib.