"Amkar"ın baş direktoru İqor Rezvuxin milli komandamızın qapıçısı Kamran Ağayevlə bağlı açıqlama verib. Adı bir müddət "Amkar"la hallanan qolkiper barədə klub rəsmisi iddialara münaibət bidlirib.
Sportarena.az xəbər verir ki, Rezvuxin "championat.com"a açıqlamasında Perm təmsilçisinin 31 yaşlı qolkiperlə maraqlanmadığnı bildirib:
"Kamranın adını ilk dəfə eşidirəm. Bu futbolçunu nəzərdən keçirmirik. "Amkar" bu futbolçuya təklif göndərməyib".
Qeyd edək ki, Kamran Ağayevin son klubu Portuqaliyanın “Boavişta” klubu olub.