Avrop Liqasında çıxış edən "İnter"in II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, paytaxt klubu növbəti mərhələdə Lüksemburqun "Fola" klubu ilə qarşılaşacaq. "Fola" bu mərhələdə iki oyunun nəticəsində görə Moldovanın "Milsami" klubunu məğlub edərək (2:1, 1:1) "İnter"ə rəqib olub.
Qeyd edək ki, "İnter" I təsnifat mərhələsi çərçivəsində "Mladost"u qəbul edir. Təmsilçimiz ilk oyunda 3:0 hesabı ilə məğlub etdiyi Serbiya klubunu hazırda ilk hissəsi davam edən görüşdə də üstəliyir - 1:0.