Elxan Məmmədov: "Əvvəlcə Prosineçki ilə danışıq aparacağıq" - MÜSAHİBƏ

11:50 7 İyul 2017

"Bizi bu nəticə çox sevindirdi. İlk oyundan sonra daha ümidli idik. “Zirə” də bizi evindirdi. Bu, sevindirici haldır. “İnter” gözəl oynadı və möhtəşəm qələbə qazandı. Artıq “Qarabağ” və “Qəbələ” də növbəti həftə avrokuboklara qoşulur. Ümid edirik ki, onlar da bizi sevindircəklər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Avropa Liqasının I təsnifat mərhələsi çərçivəinda baş tutan "İnter" - "Mladost" oyunundan sonra jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi bir çox məsələlərə aydınlıq gətirib. 

 

- “İnter”in “İnter Arena”dan uzaqlaşdırlacağı bildirilir. Komandanın son durumu necə olacaq?

- Sözün düzü, məsələ ilə bağlı geniş qeydim yoxdur. Bu, bizim üçün də sürpriz oldu. Amma əsas odur ki, çıxış yolu tapdıq. “İnter” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Uşaq komandaları isə çox güman ki, Bakı Olimpiya Stadionunun məşq meydançalarında məskunlaşacaq. Ümumiyyətlə, “İnter”in uşaq komandalarını saxlamaq üçün kifayət qədər yerimiz var.

 

- “İnter”ə milli komandaların təlim-məşq toplanışları mane olmayacaq?

- Təbii ki, mane olacaq. Bunun üçün cədvələ yenidən baxmalıyıq. Və yenidən qrafik cızacağıq. Hazırda yaydır, avqustda əsas millinin toplanışı olacaq. Gənclər isə akademiyada toplanılıb.

 

- “Dalğa Arena” tam “İnter”in oldu?

- Xeyr, şərikli. Stadionun adı isə dəyişməyəcək.

 

- Son günlər Federasiyada işçilərin dava-dalaş salması haqda xəbərlər dolaşır...

- Bununla bağlı qeydim yoxdur. Çox yalan məlumat yayıblar. Doğru deyil, heç kim dava etməyib.

 

- Mübahisə də olmayıb?

- Hər işdə mübahisə olur. Söz mübahisəsi işdə baş verən hadisədir. Ərizə yazan olub, amma heç kim işdən kənarlaşdırılmayıb.

 

- Robert Prosineçki gözə dəymir.

- Hazırda tətildədir. Amma klublarımızın səfər matçlarını izləmək fikri var, çünki bizdən təqvimi almışdı.

 

- Robert Prosineçki ilə ilin sonunda başa çatacaq müqavilə uzadılacaq, yoxsa yeni məşqçi axtarışına start veriləcək?

- Bunun danışıqlarına oktyabrın sonlarında başlaya bilərik. “Bursaspor”la bağlı müzakirələr gedəndə söhbət etmişdik. Düşünürəm ki, oktyabrdan əvvəl müqavilə ilə bağlı söhbət etməyimiz məntiqə uyğun olmaz.

 

- İlk olaraq Prosineçki ilə danışıqlar aparılacaq, yoxsa başqa məşqçi ilə?

- Əvvəlcə Prosineçki ilə danışıq aparacağıq və onun müqavilə istəklərini İcraiyyə Komitəsinə bildərəcyik. İK-in hansı qərar verəcəyindən asılı olacaq.

 

- Millimizin yoxlama oyunları olacaq?

- Xeyr, olmayacaq. Avqustda çempionat start götürəcək. Sentyabrda isə millinin 2 oyunu olacaq. Toplanış isə Bakıda reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti