FİFA Meksika milli komandasının baş məşqçisi Xuan Karlos Osorionu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin Konfederasiyalar Kubokunda Portuqaliyaya qarşı keçirilən oyunda (1:2) hakimləri təhqir etməsi ona baha başa gəlib. Ali futbol qurumunun qərarına əsasən, Osorio 6 oyunluq cəzalanıb. Bundan başqa o, 5 min İsveçrə frankı həcmində cərimə ödəyəcək.
Qeyd edək ki, Portuqaliya - Meksika görüşünün (2:1) baş hakimi Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al-Mirdasi olub.