Türkiyənin "Trabzonspor" klubu da bu yayın ən səs-küylü transferlərindən birini gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliya "Milan"ında çıxış edən slovakiyalı futbolçu Yuray Kuçkanı heyətinə qatıb. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.
Kuçka yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Türklər bu transfer qarşılığında İtaliya klubuna 5 milyon avro ödəyiblər. Slovakiyalı yarımmüdafiəçi ilinə 2 milyon 250 min avro məvacib alacaq.