Sneyderin nömrəsi əlindən alındı

18:33 8 İyul 2017

"Qalatasaray"ın hələ də ortaq məxrəcə gələ bilmədiyi Uelsli Şneyderin "10" nömrəli forması da əlindən alınıb.
 
Sportarena.az xəbər verir ki, artıq bu formanı klubun yeni transferi Yunis Belhanda geyəcək. Avroliqanın təsnifat mərhələsində "Östersunds"la qarşılaşacaq "sarı-qırmızılar"da Şneyderin heyətə salınmamasından dolayı "10" nömrəli forma Belhadaya verilib.
 
Bundan əvvəlki açıqlamasında "Qalatasaray"da məhz 10 nömrəli formanı geymək istədiyini bildirən Belhanda arzusuna çatmış olub.


Digər xəbərlər

Xəbər xətti