Erat üçün 45 dəqiqə

12:21 9 İyul 2017

Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası bu gün növbəti yoxlama matçını keçirib. Sözügedən klub Almaniyanın 3-cü Bundesliqa təmsilçilərindən olan "Karlsrue" ilə qarşılaşıb. Oyun "Duysburq"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Erat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti